Təsvir
WEST Stolüstü mikserinin 3 növ başlığı var.
- Yoğurucu başlıq: un 0,8-1 kq-dan çox olmamalıdır. Çörək, bulka, lavaş və s. kimi məhsullar üçün yoğurucu başlıqdan istifadə edə bilərsiniz. Zəhmət olmasa 1-2 sürətindən istifadə edin, 3-5 sürətindən istifadə etmək olmaz. Mikserin işləmə müddəti 10 dəqiqədən çox ola bilməz. Zəhmət olmasa, 10 dəqiqə istifadə etdikdən sonra 5 dəqiqə dayandırın.
- Qarışdırıcı başlıq: kərə yağı çalmaq üçün qarışdırıcıdan istifadə edin. İstifadə etməzdən əvvəl kərə yağını yumşaldın. Tort, keks, peçenye, yumşaq yağ və s. üçün qarışdırıcı başlıqdan istifadə edə bilərsiniz. 3-4 sürətindən istifadə etmək olar. Zəhmət olmasa 10 dəqiqə istifadə etdikdən sonra 5 dəqiqə dayandırın.
- Çırpıcı başlıq: yumurta və ya maye inqrediyentləri qarışdırmaq üçün çırpıcıdan istifadə edin. Krem, sous, dondurma, və s. kimi məhsullar hazırlaya bilərsiniz. Zəhmət olmasa, hər hansı bərk inqrediyentləri qarışdırmaq üçün çırpıcıdan istifadə etməyin. Yumurta sayı: 6-12 ədəd istifadə etmək olar. 4-5 sürətindən istifadə etmək olar. Zəhmət olmasa 10 dəqiqə istifadə etdikdən sonra 5 dəqiqə dayandırın.