“VVEST APPLIANCES” MMC şirkəti təqdim etdiyi bütün məhsullara 18 ay zəmanət verir.

Ümumi müddəalar:
Məişət texnikanızın uzun illər Sizə xidmət etməsini istəyirsinizsə, onun təmirini və ya ehtiyyat hissələrinin dəyişdirilməsini peşəkar məişət texnikası servisinə həvalə etməyiniz mühüm şərtdir. “VVEST APPLIANCES” şirkəti bütün məhsullarına 18 ay  zəmanət, zəmanətdən sonrakı təmirə isə 6(altı) ay zəmanət verir!

Şirkətimizdə zəmanət müddəti bitmiş məhsulların ödənişli əsasla təmiri həyata keçirilir. Bunun üçün siz, 928 qaynar xətti ilə əlaqə saxlamaqla öz müraciətinizi edə bilərsiniz. Bizə müraciət edin və biz, əldə etdiyiniz məhsulun  Sizə daha uzun illər xidmət etməsi üçün bütün imkanlardan istifadə edərək onu sizə təqdim edək.

 

“VVEST APPLIANCES” şirkətinin servis mərkəzinin mütəxəssisləri məişət texnikasının təmiri sahəsində böyük təcrübəyə malikdirlər. Bizim mütəxəssislərin uğuru avadanlıqların yüksək dəqiqliklə diaqnostikasıdır. Bu da öz növbəsində, məişət texnikasının nasazlıq səbəblərinin təyin edilməsinə və təmir üsulunun seçilməsinə daha geniş imkanlar yaradır. Məişət texnikanızın bütün xidməti müddəti ərzində onun  servisini təklif edirik. Zəmanət müddəti ərzində, ustanın iş saatında avadanlığın istehsalçının günahı üzündən zədələnməsi halında çağırış üçün pul ödəmirsiniz. Təmir “VVEST APPLIANCES” şirkətinin servis mərkəzində həyata keçirilir. Məişət texnikasının təmirinin evdə həyata keçirilməsi mümkün olmadıqda həmin təmir maksimum qısa vaxt ərzində servis mərkəzində həyata keçirilir. Bu zaman məişət texnikasının servis mərkəzinə gətirilməsi və təmirdən sonra ünvana çatdırılması şirkət tərəfindən ödənişsiz həyata keçirilir.

Bizim xidmətlərimiz:

Bizdən əldə etdiyiniz bütün məhsulların təmiri.

Təmir üçün onlayn müraciət: Biz, Sizə “VVEST APPLIANCES” şirkətinin info@west.com.az elektron poçt ünvanına sorğu göndərmək imkanını təklif edirik. Bu zaman aşağıdakı məlumatların təqdim edilməsi vacibdir:

1. Ad, soyad, şəhər, küçə, evin və mənzilin nömrəsi;

2. Əlaqə nömrələri;

3. Müqavilənin seriya nömrəsi;

4. Problemin qeyd edilməsi.

 

Sizin şəxsi məlumatlarınızın qorunmasına cavabdehlik daşıyırıq. Müştərilərimizin şəxsi məlumatlarının qorunmasının normativ hüquqi aktlarını izlənilməsini təmin etmək üçün texniki və təşkilati tədbirləri qəbul etmişik.

Bizim servis xidmətinin üstünlüyü:

 

Biz Azərbaycanın bütün bölgələrində “WEST” brendinə məxsus məişət texnikasının zəmanətli və zəmanətdən sonrakı müddət üçün təmirini həyata keçiririk. Məişət texnikasının təmiri zavod istehsalı olan ehtiyat hissələri və komplektlərindən istifadə etməklə həyata keçirilir

Bizim məqsədimiz:
Müştərilərimizə  operativ, keyfiyyətli və etibarlı xidmət göstərmək.

Redgifs

https://fmovieshd.mov/

fikfap

baixaicrack.com